2022-ci ilin fevral ayında Azərbaycanda banklar tərəfindən emissiya edilmiş ödəniş kartlarının sayı 254 min 818 ədəd artaraq 11 milyon 528 min 92 ədədə çatıb.
Eləcə də bax: Banklarda bu kreditlər 10 milyard manata - YAXINLAŞDI
2022-ci ilin yanvar ayının sonunda ödəniş kartlarının sayı 11 milyon 273 min 274 ədəd təşkil etmişdi.
FED.az xəbər verir ki, Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin yanvar-fevral dövründə ödəniş kartlarının sayı 488 min 355 ədəd artıb.
2022-ci ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında sosial kartlar 9 min 204 ədəd artaraq 3 milyon 472 min 980 ədədə, əməkhaqqı kartları 25 min 187 ədəd artaraq 2 milyon 606 min 681 ədədə, kredit kartları 36 min 148 ədəd artaraq 1 milyon 450 min 330 ədədə, digər debet kartları 184 min 279 ədəd artaraq 3 milyon 998 min 101 ədədə çatıb. (Marja)