Ödəniş kartları bazarında tətbiq edilən xidmət haqqı tarifləri müzakirə olunub.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) FED.az-a verilən məlumata görə, "Ödəniş sistemləri və alternativ xidmət kanalları" üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib.
ELƏCƏ DƏ BAX: Palatadan banklarla bağlı yeni – QAYDALAR
Görüşdə ödəniş kartları bazarının cari vəziyyəti və inkişaf istiqamətləri ilə yanaşı, lokal ödəniş kartları və onların tətbiqinin genişləndirilməsi imkanları, habelə ödəniş kartları bazarında tətbiq olunan xidmət haqqı tarifləri müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Bank kartlarında xidmət tarifləri dəyişəcək – TOPLANTI
19:23
27 Noy 2018