Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nı təsdiq edib.
FED.az-ın məlumatına görə, bu Qaydalar noyabrın 24-dən qüvvəyə minib.
ELƏCƏ DƏ BAX: Banklar nağd kredit zamanı müştəridən nə qədər komissiya tutur? - CƏDVƏL
Qaydalara əsasən bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir. Bankın məcmu kapitalının minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının qabaqcadan yazılı icazəsi olmadan bank səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz, habelə xarici bank nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz. Bankların nizamnamə kapitalı (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsait) yalnız Azərbaycan milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılır.
Yeni yaradılan banklar üçün nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarı da 50 milyon manat məbləğində olmalıdır.
Palatadan banklarla bağlı yeni – QAYDALAR
18:59
27 Noy 2018