2020-ci ilin Dekabr ayı ərzində bank filiallarının sayı 9 sayda artıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin sounda bank filiallarının sayı 455-ə çatıb. Bu say noyabrın sonunda 446 idi.
Eləcə də bax: Son bir ayda şirkətlər mindən çox - Bank Hesabı Açıblar
Dekabr ayında bank şöbələrinin sayı 6 azalaraq 115-dən 109-a düşüb.
2020-ci ilin Dekabr ayında bank işçilərinin sayı 78 nəfər artaraq 18708-ə çatıb. 2019-cu ilin sonunda bank işçilərinin sayı 19460 idi. ötən il lisenziyası geri çağırılmış banklarla əlaqədar olaraq bank işçilərinin sayı azalmışdı. (Marja)