Azərbaycan Mərkəzi Bankı (AMB) idarə heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda növbəti iclası keçirilib.
Eləcə də bax: Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının - İclası Keçirilib
FED.az xəbər verir ki, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bağlanmış banklarda sahibkarların qalan vəsaitlərinin qaytarılması məsələsini qaldırıb.
O, çıxışında bir sıra məsələlərin həllinə, xüsusilə sahibkarların dövriyyə kapitalının çatışmazlığının həlli, bu məsələdə çeklərlə hesablaşmalardan aktiv istifadə, nağdsız hesablaşmalarda qarşıya çıxan problemlərin tənzimlənməsi, məhkəmələrdə çoxsaylı mübahisələrə baxılmasının sürətləndirilməsi, qanunvericiliklə bağlı bir sıra dəyişikliklərin aparılması kimi istiqamətlərə diqqət çəkib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov iclasda müzakirə olunan məsələlər və irəli sürülən təkliflərin hərtərəfli öyrənilməsi, həmin istiqamətlər üzrə birgə işlərin aparılması davam etdiriləcək. (Marja)