AzFina: Azərbaycanda 5 fintex şirkəti xarici bazarlara daxil olub.
Taleh Kazımov: "İnternet bankçılıqla həyata keçirilən əməliyyatlar 172 milyarda çatıb"
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Fintex Assosiasiyasının İdarə heyətinin sədri Ruslan Talıbov deyib.
O, qeyd edib ki, indiyə qədər xarici investorlar və ya bizim şirkətlər xarici bazarlara daxil olmaq istəyəndə o ölkələrin bazar iştirakçıları bizdə belə bir qanunvericiliyin olub-olmaması ilə maraqlanırdırlar. Qanun qəbul edildikdən sonra sektorda ciddi bir təkan gözlənilir: "Hazırda AMB lisenziyalaşdırma ilə bağlı qaydalar hazırlayır. Bu prosesdə bizimlə də yaxından əməkdaşlıq edilir.
"Baku Fintech Forum 2023"ə Gürcüstan, Qazaxıstan və İsrail fintex assosiasiyasından olan əməkdaşları dəvət etmişik. Burda fikir mübadiləsi aparırıq. Əsas məqsədimiz ölkəmizdə bu sektorun inkişafına töhfə ilə yanaşı bu sektorda fəaliyyət göstərən şirkətlərimizin getdikcə regional, daha sonra isə qlobal səviyyəyə çıxaraq inkişaf etməsinə töhfə verməkdir", - deyə R.Talıbov əlavə edib. (Apa)