Azərbaycanın su və kanalizasiya xidmətləri təchizatçısı «Azərsu» ASC 2021-ci ili təqribən milyard manatdan da artıq məbləğdə böyük zərərlə başa vurub.
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqladığı hesabatda bildirilir. «RSM Azerbaijan» auditor şirkətinin hazırladığı hesabata əsasən, 2021-ci ildə «Azərsu» ASC-nin satışdan gəlirləri 263 milyon manat, çsatışın maya dəyəri 128,7 milyon manat, nəticədə şirkətin ümumi mənfəəti 134,2 milyon manat təşkil edib. 2020-ci illə müqayisədə şirkətin satışdan gəlirləri 79 milyon manat və ya təqribən 42% yüksəlib. Satışın maya dəyəri isə əksinə təqribən 3 milyon manat və ya 2% azalıb.
2021-ci ildə «Azərsu» «Digər gəlirlər» maddəsi üzrə gəlirlərini 4 dəfə artıraraq 7,8 milyon manatdan 32 milyon manata yüksəldib.
«Azərsu» inzibati xərclərdə qənaətə keçib
«Azərsu» ASC-nin 2021-ci il üzrə hesabatında ən maraqlı məqam inzibati xərcləri azalmasıdır. Hesabata əsasən hesabat ilində inzibati xərclər 12 milyon manat və ya 30% azalaraq 2020-ci ildəki 40 milyon manatdan 28 milyon manata enib.
Əvəzində şirkətin satış və paylama xərcləri 29 milyon manat və ya 255 artaraq 117 milyondan 146 milyon manat yüksəlib.
Əməliyyat xərcləri yarım milyard manatı keçib
2021-ci ildə «Azərsu» Asc-nin ən çox xərc aparan maddəsi digər əməliyyat xərcləri olub – əsasən yatırımları və həyata keçirilən layihələri əhatə edən bu xərclər 2020-ci illə myüqayisədə 2,6 dəfə artaraq 550 milyon manata çatıb. Əvvəlki il bu göstərici 208 milyon manat olmuşdu. Ötən il «Azərsu» məzənnə dəyişikliklərindən fayda götürməyi bacarıb – təqribən 10 milyon manat gəlir, halbuki 2020-ci ildə bu maddədə 15 milyon zərər vardı.
Bütün gəlir və xərcləri nəzərə alanda 2021-ci ildə «Azərsu» ASC-nin əməliyyat zərəri 528 milyon manatı keçib, bu göstərici ötən il də zərər idi, amma 320 milyon manat.
Maliyyə və vergi xərclərini də nəzərə alanda «Azərsu» 2021-ci ili 552 milyon manat xalis zərərlə tamamlayıb. Ötən il isə bu göstərici 323 milyon manat idi.
Aktivləri 1 milyard, yığılmış zərəri 7,8 milyard manatdır
Hesabata əsasən 2021-ci ildə «Azərsu»» ASC-nin aktiv, öhdəlik və kapitalında ciddi dəyişiklik baş verməyib. Aktivlər 21 milyon manat artaraq 1 milyard 21 milyon manata yüksəlib, Kapital isə 418 milyondan 443 milyon manata çatıb.
Qeyd edək ki, «Azərsu» 2020-ci ili 7 milyvrd 303 milyon manat yığılmış zərərlə tamamlamışdı, 2021-ci ildə yaranan 552 milyonluq zərər də bunun üzərinə ötən ilin sonunda şirkətin yığılmış zərəri 7,8 milyard manata yüksəlib.
Şirkətin öhdəlikləri isə demək olar dəyişməyib – 582,8 milyon manatdan 578,4 milyon manata enib.
Su bahalaşdı, amma yenə zərər, «Azərsu» nə vaxt mənfəətə çıxacaq?
2021-ci ildə Tarif Şurasının qərarı ilə su və kanalizasitya xidmətlərinin qiymətinin artırılmasına baxmayaraq şirkətin yenə də zərərlə işləməsi həyata keçirilən iri layihələr, eləcə də satış və paylama xərclərin yüksək olması ilə bavğlıdır.
Hesabatdan məlum olur ki, «Azərsu» inzibati xərclərə qənaət etsə də, hətta digər əməliyyat xərcləri olmasa belə, yenə də ili cüzi zərərlə tamamlayacaqdı. Çünki satış və paylama xərcləri ötən illə müyqayisədə 29 milyon manat artıb.
Hesabatın Фəaliyyətin fasiləsizliyi ilə bağlı qeydlər bölməsində deyilir ki, infrastruktur layihələrində əhəmiyyətli cari investisiyalar nəticəsində “Azərsu” ASC-nin cari öhdəlikləri cari aktivlərindən 31 dekabr 2021-ci il və 31 dekabr 2020-ci il tarixlərinə, müvafiq olaraq, 253,258 AZN və 266,655 AZN çox olmuşdur. Qrup 31 dekabr 2021-ci il tarixində başa çatan il üzrə 552,230 AZN (2020-ci il: 323,222 AZN) məbləğində xalis zərərə məruz qalmışdır. “Azərsu” su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarının bir hissəsidir və Dövlət Qrupun cari investisiya layihələri ilə yanaşı fəaliyyətinə kömək etmək məqsədi ilə maliyyələşdirməni davam etdirir.
“Qrup Azərbaycan Respublikasında aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur və müntəzəm olaraq Dövlətdən maddi yardım alır. Tarixən Qrupun əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olmuşdur”.
Hesabatda bildirilir ki, “Azərsu” rəhbərliyi gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlamışdır. Bu da Qrupa abunəçilərinin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaqdır.
Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə" Qərarında dəyişiklik edilmişdir. Qərar 01 fevral 2021-ci il tarixindən qüvvəyə minmişdir. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra Qrupun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır. Qrup fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün Dövlət tərəfindən təqdim olunan maliyyələşmələrdən asılı vəziyyətdə qalmaqdadır.
“Bu şərtlər Qrupun fəaliyyətinin fasiləsiz davam etmək qabiliyyətinə dair əhəmiyyətli şübhə doğura biləcək qeyri-müəyyənliyə səbəb olur. Lakin, Hökumət Qrupun tam səhmdarı kimi onun sosial yatırımları və ölkə üçün əhəmiyyətini nəzərə alaraq maliyyə dəstəyinin göstərilməsinə davam etməkdə maraqlıdır. Rəhbərlik hesab edir ki, Qrupun yaxın gələcəkdə fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülür. Müvafiq olaraq, Qrup özünün konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında fəaliyyətin fasiləsizliyi prinsipini tətbiq edir”-deyə hesabatda bildirilir.