Bu ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının əsas hissəsini təşkil edən xarici ticarət balansı 2 343,6 mln. ABŞ dolları və ya ÜDM-in 7,6%-ni təşkil edib.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici illik müqayisədə 2,9 dəfə azalıb.
Qeyd edək ki, "S&P Global Ratings" son proqnozunda bu il ölkənin xarici ticarət balansının profisitinin ÜDM-in 7,5%-ni, 2021-ci ildə isə 11,8%-ni təşkil edəcəyini göstərib. Növbəti 2 ildə artımın gözlənildiyini deyən agentlik, 2022-2023-cü illərdə bu göstəricinin müvafiq olaraq ÜDM-in 13,4%-nə və 15,3%-nə yüksələcəyi proqnozlaşdırır.
Xatırladaq ki, 2019-cu ilin yekunlarına əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti neft-qaz sektoru üzrə 16,1 mlrd. dollar həcmində yaranmış profisitin qeyri-neft sektoru üzrə 7,6 mlrd. dollarlıq kəsiri bağlaması hesabına yaranmışdı. Nəticədə 2019-cu ildə cari əməliyyatlar hesabının xarici ticarət balansının profisiti 8,5 mlrd. dollara və ya ÜDM-in 17,5%-nə bərabər olub. (Apa)