Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatlarının həcmi 2022-ci ildə 239 milyon dollar artıb.
Eləcə də bax: Dövlət Neft Fondunun dollarda valyuta satışı martda 42 faizə yaxın - ARTIB
Bu barədə FED.az ARDNF-ə istinadən xəbər verir.
Fondun məlumatına görə, 1 aprel 2022-ci il tarixinə 45 milyard 264.33 milyon ABŞ dolları həcmində investisiya portfeli olub. Bu ilin əvvəlində 45 mlrd. 025 mln. dollar idi.
Qeyd edək ki, həmin tarixə Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları 7 milyard 136.5 milyon dollardır.
Beləliklə, Azərbaycanın strateji valyuta ehtiyatlarını formalaşdıran Mərkəzi Bankı və Dövlət Neft Fondunun birlikdə 52 milyard 400.5 milyon dollar olub.
(Banker.az)