Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin mart ayı ərzində 526,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
FED.az xəbər verir ki, bu barədə Fonndan bildirilib.
Xatırladaq ki, Fond tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları, fevral ayı ərzində isə 371,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Fevarl ayı ilə müqayisədə martda Fondun valyuta satışı 155 milyon dollar və ya 41,7% artıb.