Azərbaycandakı bankların 15,538 mlrd. manatlıq kredit portfelinin 12,104 mlrd. manatı və ya 78%-i Bakı şəhərinin payına düşür.
Eləcə də bax: Bank sektorunun əsas göstəriciləri - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, hər 100 manatlıq kreditin cəmi 22%-i Bakıdan kənarda yerləşən rayon və şəhərlərimizin payına düşür.
Millət vəkili balanssızlığın aradan qaldırılması üçün hansı stimullaşdırıcı tədbirlər həyata keçirmək niyyətində olduğu ilə bağlı Mərkəzi Banka sual ünvanlayıb.
O həmçinin 2017-ci ildən etibarən manatın məzənnəsinin stabil qalması pozitiv hal hesab etsə də, lakin Mərkəzi Bank tərəfindən ötən müddətdə manatın alıcılıq qabiliyyətinin necə dəyişdiyinin qiymətləndirilməsi və büdcə proqnozlaşdırılmasında nəzərə alındığı ilə maraqlanıb.