Maliyyə lizinqi bazarında fəaliyyət göstərərn "Legion Financial" ASC hər birinin nominal dəyəri 100 manat olan 5500 ədəd adi, sənədsiz, adlı səhmlər buraxır.
Azərbaycanda BOKT rəhbərliyi lizinq şirkəti yaradıb – 2 MİLYON QAZANIB
FED.az xəbər verir ki, səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa lizinq şirkətinin nizamnamə kapitalı 550 min manat artaraq 4 milyon 200 min manata yüksələcəkdir.
Ötən il "Legion Financial" ASC-nin nizamnamə kapitalı 1 milyon 405 min manat artırılaraq 3 milyon 650 min manata çatdırılmışdır.
Qeyd edək ki, "Legion Financial" ASC 2023-cü ili 616 min manat, 2024-cü ili isə 1 milyon 214 min manat xalis mənfəət ilə bağlayıb. (Marja)