Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci il mart ayının 31-nə investisiya portfelinin aktivlər üzrə bölgüsünü açıqlayıb.
Neft Fondu bu il 23 tondan çox qızıl alacaq
FED.az xəbər verir ki, qeyd olunan tarixdə ARDNF-in investisiya portfelinin 25,8% qızıldan ibarət olub. 31 Mart 2025-ci il tarixində ARDNF 165,3 ton qızıla malik olub. Fondun ABŞ dolları portfelinin 16 milyard 134,4 milyon dollarlıq hissəsini (25,8%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, 2024-cü ili sonunda ARDNF 146,6 ton qızıla malik idi və bu miqdarda qızılın dəyəri 12 milyard 354,6 milyon dolları təşkil etmişdi.
ARDNF 2025-ci ilin ilk rübü ərzində (yanvar-mart) 18,7 ton qızıl alıb.