Dünya Bankının İcraçı direktoruna Azərbaycan üzrə yeni müşavir təyin edilib.
FED.az xəbər verir ki, bu vəzifə Amin Muradova həvalə edilib.
A.Muradov bu vəzifədə Namiq Nağdəliyevi əvəz edib.
Namiq Nağdəliyev ötən ilin oktyabrında Dünya Bankındakı vəzifəsindən ayrılaraq Azərbaycan Mərkəzi Bankının sədrinin ofisinə direktor təyin edilmişdi.
A.Murad isə həmçinin 2019-cu ildən Azərbaycanın Beynəlxalq Valyuta Fondunun (IMF) İcraçı Direktorlar Şurasındakı nümayəndəsidir. Hazırda bu vəzifəsinin icrasını da davam edir.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankına üzvdür. Son 30 ildə adıçəkilən maliyyə qurumu Azərbaycanın reallaşdırdığı 50-dən çox layihə üzrə 4 milyard ABŞ dollarından çox kredit ayırıb. (Report)