2022-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 23,5 milyard ABŞ dolları məbləğində qalıq yaranıb.
Azərbaycana daxil olan valyuta çıxanı kəskin üstələyib - 23,5 MİLYARD DOLLARLIQ PROFİSİT
FED.az xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,8 dəfə çoxdur.
Belə ki, 2021-ci ildə cari əməliyyatlar balansının qalığı 8,3 milyard dollar təşkil edib.
Ümumi qalıq xarici ticarət balansındakı 27359,4 milyon dollarlıq qalıq (2,4 dəfə çox), xidmətlər balansındakı 1 359,7 milyon dollarlıq kəsir (38 % az), ilkin gəlirlər balansındakı 5 487 milyon dollarlıq kəsir (4,1 dəfə çox) və təkrar gəlirlər balansındakı 2 965,4 milyon dollarlıq qalıq (6,4 dəfə çox) hesabına formalaşıb. (Apa)