2024-cü ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 2023-cü illə müqayisədə 43,9 % az olmaqla yaranmış 4 milyard 671,1 milyon ABŞ dolları məbləğində profisit xarici ticarət balansındakı 8 milyard 824,9 milyon dollarlıq qalıq (31,1 % az), xidmətlər balansındakı 2 milyard 50,8 milyon dollarlıq kəsir (12,2 % az), ilkin gəlirlər balansındakı 2 milyard 734,7 milyon dollarlıq kəsir (14,5 % az) və təkrar gəlirlər balansındakı 631,7 milyon dollarlıq qalıq (40,3 % az) hesabına formalaşıb.
"Cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit formalaşıb"
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ötən il CƏB üzrə profisit ümumi daxili məhsulun (ÜDM) dəyərinin 6,3 %-ni təşkil edib.
"Neft-qaz sektoru üzrə CƏB-in profisiti əvvəlki ilə nəzərən 11,9 % azalaraq 15,1 milyard dollara düşüb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 18,5 % artaraq 10,4 milyard dollara çatıb", - deyə AMB bəyan edib.