Bu ilin I yarısında Azərbaycanın icmal büdcəsinin gəlirləri 18 149,7 milyon manat, xərcləri isə 14 343 milyon manat təşkil edib.
Eləcə də bax: İcmal büdcənin gəlirləri 32,4, xərcləri 8 faiz - ARTIRILIR
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,4% və 12,5% çoxdur.
Son nəticədə icmal büdcədə 3 806,7 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 47,7% çoxdur. (Report)