Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 899,4 milyon manat, xərcləri isə 15 milyard 334,8 milyon manat təşkil edib.
Eləcə də bax: AMB: "Bu il cari əməliyyatlar balansında ÜDM-ə nisbətdə 23-25% profisit ola bilər"
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,4 % və 12,1 % çoxdur.
Son nəticədə büdcədə 2 564,6 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 7 dəfə çoxdur. (Report)