Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnozdan 6,3% çox - 7 009,6 milyon manat, xərcləri isə proqnozdan 1% az 5 629,5 milyon manat təşkil edib.
Eləcə də bax: Dövlət büdcəsində vəziyyət əladır – MALİYYƏ NAZİRİ AÇIQLADI
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,2% və 1,9% çoxdur.
Son nəticədə dövlət büdcəsində proqnozdan 52,75% çox - 1 380,1 milyon manat qalıq yaranıb. (Report)