Pul köçürmələrinin sadələşdirilməsi Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı tərəfdaşlarla fəaliyyətinin prioritet istiqamətini təşkil edir.
AMB: "Bankları 10-15 ailəlik kənddə ATM qurmağa məcbur edə bilmərik"
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının konsultantı Anna Proxorova çərşənbə günü Bakıda keçirilən "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlənin gücləndirilməsi" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, beynəlxalq tənzimləyicilər pul köçürmələri üzrə qlobal standartlara uyğunluq üçün hələ də bu istiqamətdə müəyyən işlər görürlər.
"Azərbaycan tənzimləyicisinin də yerli və beynəlxalq pul köçürmələrinin sadələşdirilməsi üzrə irimiqyaslı işlər gördüyünü bilirik və bu, sonda müsbət nəticələrə səbəb olacaq. Bununla yanaşı, biz Azərbaycan Mərkəzi Bankı ilə ucqar rayonlarda maliyyə vəsaitinin təmin edilməsi layihələri üzrə, habelə miqrantlar üçün maliyyə vəsaitinin əlçatanlığı üzrə əməkdaşlıq edirik. Belə ki, məsələn, bizim fikrimizcə, bank xidmətlərinin geniş əhatəli olmadığı ucqar rayonlarda mobil bank ofisləri, həmçinin banka müraciət etmədən maliyyə məsələlərini həll edə bilən avtomatlaşdırılmış çat-botlar yaratmaq olar", - o deyib.
"Azərpoçt" nümayəndəsi də öz növbəsində bildirib ki, demək olar ki, bütün poçt şöbələrinin - 1500-dən 1250-nin - maliyyə xidmətləri göstərmək üçün lisenziyası var.
"Pul köçürmələri ilə bağlı poçt şöbələrinə müraciətlər yüksək səviyyədə deyil, ucqar rayonlarda isə demək olar ki, sıfır səviyyəsindədir. Biz xidmətlərimizin genişləndirilməsi üzərində, o cümlədən alternativ pul köçürmələri üzrə işləyirik", - o deyib.
Həmçinin qeyd olunub ki, Azərbaycana xaricdən daxil olan valyuta axını 3,6 milyard dollar, xaricə çıxan valyuta axını isə 700 milyon dollardır. (Trend)