Bankları 10-15 ailəlik kənddə ATM qurmağa məcbur edə bilmərik.
Azərbaycanda rəqəmsal pul köçürmələrinə - MANE OLAN AMİLLƏR - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi Qrupunun analitiklərinin təklif və iradlarına cavab olaraq Azərbaycan Mərkəzi Bankının milli ödəniş sistemlərinin inkişafı və nəzarət şöbəsinin nümayəndəsi Xəyalə Məmmədova deyib.
O bildirib ki, maliyyə sektoru özü də biznesinin inkişafında maraqlıdır. Amma sektor çəkdiyi xərcin müqabilində nə qədər gəlir əldə edəcəyini hesablayır.
"Bank göstərdiyi xidmətlə bağlı gəlir götürə bilmirsə, Mərkəzi Bank onun qarşısında tələb qoya bilməz. Çünki bu artıq rəqabətqabiliyyətli bazar mexanizminin yaradılmasına əngəl yaradır" - AMB-nin nümayəndəsi əlavə edib. (Apa)