Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 35 604,5 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycan bank sektorunun xalis mənfəəti - 12% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankını hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15,8% çoxdur.
Bankların aktivləri ilk dəfədir ki, 35 milyard manatı üstələyir.
Bankların aktivlərinin 15 097,0 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,2 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,6%-dən 42,4%-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 17,45% artaraq 30 632,4 milyon manata, o cümlədən depozit portfeli 28,1% artaraq 24 743,6 milyon manata çatıb. Bunun 8 880,9 milyon manatı fiziki, 15 862,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13,9 %, şirkətlərin banklardakı vəsaitləri isə 37,8% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 38,3% azalaraq 324,2 milyon manat olub.
Sektorun balans kapitalı isə 6,7% artaraq 4 972,1 milyon manat təşkil edib.