2023-cü ilin yanvar ayında Azərbaycan 1,398 milyard dollar dəyərində 2,246 milyon tondan çox xam neft və neft məhsulları ixrac edib.
Azərbaycanın neft-qaz gəlirləri kəskin azalıb – 2023-ÜN İLK RƏQƏMLƏRİ
FED.az bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycan neftinin 3 ən böyük idxalçısı siyahısında birinci yeri İtaliya tutur (538,334 milyon dollar dəyərində 848 983 ton), ikinci yerdə İsrail (237,065 milyon dollar dəyərində 381 940 ton), daha sonra isə Almaniya (91,719 milyon dollar dəyərində 145 941 ton) dayanır.
Cədvəldə 2023-cü ilin yanvar ayında Azərbaycanın xam neft və neft məhsullarının 10 ən böyük idxalçıları qeyd olunub:
Ölkə |
İdxalın həcmi |
İdxalın dəyəri (ABŞ dolları ilə) |
İtaliya |
848 983,07 |
538 333 860 |
İsrail |
381 940,30 |
237 065 030 |
Almaniya |
145 940,95 |
91 719 700 |
Hindistan |
138 527,49 |
85 811 360 |
Vyetnam |
138 516,86 |
85 115 060 |
Çexiya Respublikası |
131 799,05 |
80 730 640 |
İrlandiya |
88 400,01 |
55 392 910 |
Rumıniya |
86 118,18 |
52 773 610 |
Avstriya |
85 994,55 |
52 484 630 |
Yunanıstan |
84 724,61 |
51 922 560 |
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.
Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına nəql olunur. (Trend)