2020-ci ildə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri $606,056 milyon təşkil edib.
Eləcə də bax: Azərbaycanda Rusiya rubluna tələbat - Kəskin Azalıb
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilir.
2019-cu il ərzində Rusiyadan Azərbaycana fiziki şəxslər $564,736 milyon vəsait köçürüblər. Beləliklə, 2020-ci il ərzində Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 7,3% artıb.
2020-ci ildə Rusiya Azərbaycana köçürmələr həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb.
O cümlədən, fiziki şəxslərin köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə - $76,375 milyon (artım 7,3%), АBŞ - $53,358 milyon (аrtım 34,7%), Almaniya - $36,988 milyon (аrtım 2,4 dəfə) və Gürcüstan - $34,885 milyon (аrtım 2 dəfə) daxildir.
Həmçinin, Azərbaycandan fiziki şəxslərin pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında birinci Türkiyə yerdə qərarıaşıb - $117,436 milyon (аrtım 19,4%).
Hesabat dövründə Azərbaycandan Rusiyaya köçürmələrin həcmi $148,39 milyon təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 35,6% azdır.
Ötən il Azərbaycanda fiziki şəxslərin köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə həmçinin АBŞ - $50,894 milyon (аrtım 49,9%), Böyük Britaniya - $25,198 milyon (аrtım 9,3%), Gürcüstan - $59,451 milyon (аrtım 2,4 dəfə) daxildir.
Ümumilikdə, 2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 94,029 milyon təşkil edib (artım 17,1%). Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 29,1% - $556,545 milyona qədər artıb. (İnterfaks)