Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi banklardan 302,721 mln. Rusiya rublu alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57% (2,3 dəfə) azdır.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə görə, təkcə fevralda əhali 163,331 mln. rubl alıb ki, bu da yanvar ayı ilə müqayisədə 17,2% çoxdur, ötən ilin eyni ayı ilə müqayisədə isə 56,8% (2,3 dəfə) azdır.
Bundan əlavə, cari ilin yanvar-fevral aylarında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 2,083 mlrd. rubl təşkil edib ki, bu da illik müqayisədə 16% azdır. Təkcə fevral ayında əhali banklara 1,074 mlrd. rubl satıb ki, bu da aylıq müqayisədə 6,5% çoxdur, illik ifadədə isə 6,1%. (Apa)