2024-cü ilin ilk yarısının yekunlarına görə, Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 25,13 milyon ABŞ dolları təşkil edib.
Gürcüstanın xarici dövlət borcu ilk dəfə 9 milyard dolları keçib
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz və ya 777 min dollar azalıb.
Gürcüstana edilən köçürmələrin ümumi köçürmələrdəki payı 9,7 faizdir.
Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 58,849 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin yekunlarına əsasən, Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 550,126 milyon ABŞ dolları olub. (Trend)