Ötən ay Azərbaycandan Gürcüstana pul köçürmələrinin məbləği 3,57 milyon ABŞ dolları təşkil edib.
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilib.
Bu göstərici aylıq müqayisədə 5% artıb, ötən ilin eyni dövrünə nisbətdə isə 9,57% azalıb.
Oktyabrda xaricdən Gürcüstana ümumi pul köçürmələrində Azərbaycanın payı 1,12%-ə bərabər olub.
Gürcüstandan Azərbaycana isə 6,95 milyon ABŞ dolları göndərilib ki, bu da illik müqayisədə 49,4% çoxdur.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 33,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 53,2 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib. (Apa)












