Ötən ay Azərbaycandan Gürcüstana 3,40 milyon ABŞ dolları köçürülüb.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilib.
İllik müqayisədə pul köçürmələrinin həcmi 1,89% azalıb. Gürcüstana sentyabr ayında daxil olan ümumi pul köçürmələrində Azərbaycanın payı 1,07% təşkil edib.
Hesabat ayında Gürcüstandan Azərbaycana isə 6,46 milyon ABŞ dolları göndərilib ki, bu da ötən ilin eyni göstəricisindən 43% çoxdur.
Bu ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan Gürcüstana 30,2 milyon ABŞ dolları, əks istiqamətdə isə 46,3 milyon ABŞ dolları köçürülüb. (Apa)