Bu ilin may ayında Azərbaycandan Gürcüstana 7,7 milyon ABŞ dolları pul köçürülüb.
Eləcə də bax: Azərbaycan Gürcüstandan 6,2 mln. dollardan çox - Sərmayəni Geri Çəkib
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Məlumata əsasən, bu, ötən ilin may ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.
Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin ümumi köçürmələrdəki payı 4,1 % təşkil edib.
Ötən ay Gürcüstandan Azərbaycana pul köçürmələri isə 1 il əvvələ nisbətən 0,2 milyon dollar çox - 1,4 milyon ABŞ dolları təşkil edib.
Hesabat ayında xarici ölkələrdən Gürcüstana 187,7 milyon ABŞ dolları (+42,4 %) daxil olub, qonşu ölkədən xaricə isə 22,9 milyon ABŞ dolları (+68,5 %) köçürülüb.
Yanvar-may aylarında isə Azərbaycandan qonşu ölkəyə 35,4 milyon ABŞ dolları (2,9 dəfə çox), Gürcüstandan Azərbaycana isə 6,9 milyon ABŞ dolları (1,3 milyon dollar çox) göndərilib. (Report)