2021-ci ilin birinci yarısında Azərbaycandan $2 milyard 549,6 milyon məbləğində kapital çıxarılıb.
Eləcə də bax: Azərbaycana xarici investisiyaların həcmi - Kəskin Artıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycandan $1 milyard 844 milyon məbləğində kapital çıxarılıb. Beləliklə, cari ilin I yarısında Azərbaycandan kapitalın çıxarılma həcmi 38,3% artıb.
AMB qeyd edir ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanın rezidentləri qiymətli kağızlar üzrə $173,9 milyon (2020-ci ilin I yarısında 169,6 milyon), xarici kreditlər üzrə $147,3 milyon məbləğində (2020-ci ilin I yarısında $225,4 milyon) faiz ödənişi həyata keçiriblər, digər ödənişlər $126,6 milyon (2020-ci ilin yanvar-iyun aylarında - $201,3 milyon) təşkil edib.
2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% - $4 milyard 472,2 milyona qədər artıb. (İnterfaks)