2023-cü ildə Azərbaycandan Bolqarıstana fiziki şəxslər tərəfindən 2 milyon 211 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 824 min dollar və 59% artıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan Bolqarıstana fiziki şəxslər tərəfindən 1 milyon 381 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.