2023-cü ildə Azərbaycandan Belçikaya fiziki şəxslər tərəfindən 4 milyon 220 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 1 milyon 521 min dollar və 56% artıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan Belçikaya fiziki şəxslər tərəfindən 2 milyon 699 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.