2023-cü ildə Azərbaycandan Ukraynaya (ABŞ) fiziki şəxslər tərəfindən 11 milyon 216 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 14 milyon 972 min dollar və 2.3 dəfə azalıb.
Qeyd edək ki, ötən il Azərbaycandan Ukraynaya (ABŞ) fiziki şəxslər tərəfindən 26 milyon 188 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.