2023-cü ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslər tərəfindən 54 milyon 801 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 82 milyon 23 min dollar və 2.5 dəfə azalıb.
Qeyd edək ki, ötən il Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslər tərəfindən 155 milyon 342 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.