Bu il Azərbaycanda yeni vençur fondunun yaradılması nəzərdə tutulur.
Dövlət və “Paşa Holdinq" yeni layihəyə başladı - 11 MİLYON MANATLIQ FOND YARADILDI
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva bildirib.
Onun sözlərinə görə, fondun nizamnamə kapitalının 20 milyon manat olması planlaşdırılır.
Xatırladaq ki, Azərbaycanda ötən il yaradılmış "Caucasus Ventures" adlı vençur fondu 11 milyon manat nizamnamə kapitalına malikdir. Bunun 5 milyon manatını dövlətin adından çıxış edən nazirlik, 5 milyon manatını "PAŞA Holdinq" MMC, 1 milyon manatını isə 6 kiçik sahibkar təmin edib. (Report)