Bu ilin yanvar-iyun aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 193,1 milyon manatlıq əməliyyat aparıblar.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
Eləcə də bax: Mərkəzi Bank: fərdi sahibkarlara verilən - Kredit Rekord Yeniləyir
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31% azdır.
Təkcə iyunda isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 48,3 milyon manat təşkil edib. Bu da illik müqayisədə 2 dəfə çoxdur. (Report)