2021-ci ilin ilk yarımilliyi ərzində Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlara verilən kreditlərin həcmi rekord yeniləməklə 261.7 mln. manata (31%) yüksəlib.
Eləcə də bax: Azərbaycanda kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2021)
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank bildirir.
Söhbət burada yalnız kommersiya banklarının verdiyi kreditlərdən gedir.
1 iyul 2021-ci il tarixinə fərdi sahibkarlığa verilən kreditlərin həcmi 1 milyard 108.7 mln. manat olmuşdur.
Fərdi sahibkarlara verilən kreditlərin 1 042.6 mln. manatı milli valyutada, qalan 66.1 mln. manatı isə xarici valyutada verilənlər təşkil edir.
2021-ci ilin ilk yarımilliyində milli valyutada olan kreditlərin həcmi 35% artdığı halda, xarici valyutada isə dəyişməz qalmışıdr.