2021-ci ilin noyabr ayında Azərbaycanda xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 151,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 dəfə çoxdur.
Eləcə də bax: Azərbaycanda 57 mindən çox - Kredit Restrukturizasiya Olunub
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
2021-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,1 milyard manatlıq əməliyyat aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,73 dəfə çoxdur.
Qeyd edək ki, 2020-ci il ərzində xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsi ilə 430,2 milyon manatlıq əməliyyat aparmışdılar.