"Cari il ərzində nağd və qeyri-nağd valyuta bazarında orta hesabla 170 milyon dollar təklif olduğu halda, tələb cəmi 15 milyon dollar təşkil edib".
Azərbaycanda nağd valyuta satışı alışı 759 milyon dollar üstələyib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, oktyabr ayı ərzində keçirilən yeddi valyuta hərracının beşində tələb olmayıb:
"Digər iki hərracda isə tələb cəmi 4-5 milyon dollar təşkil edib.
Nağd valyuta bazarına gəldikdə isə təklif tələbi 759 milyon dollar üstələyib. Bu da kifayət qədər böyük rəqəmdir".













