2021-ci ilin əvvəlindən bəri Azərbaycanda tədavüldə 10 və 50 manatlıq pul nişanlarının həcmi azalıb.
Eləcə də bax: 1, 5 və 50 manatlıq pul nişanları - Bu Aydan Dəyişdirilir
FED.az xəbər verir ki, bu fakt, Mərkəzi Bankın apardığı təhlillər nəticəsində üzə çıxıb.
Təhlillərə görə, daha çox tələbat 10 və 50 manatlıq pul nişanlarınadır, lakin banklar tərəfindən ATM-lərə daha çox 20 və 100 manatlıq pul nişanları yüklənir. Nəticədə, Mərkəzi Bank üçün də tənzimləmədə əlavə gərginliklər yaradıb.
Mərkəzi Bank tərəfindən kommersiya banklarına ATM-lərə daha çox 10 və 50 manatlıq pul nişanlarının yüklənməsi barədə tapşırıq verilib. (Marja)