Hazırda Mərkəzi Bank tərəfindən 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənmişdir.
Eləcə də bax: Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənib - FOTO
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanlarının bu aydan tədavülə buraxılmasını elan edib.
Qeyd edək ki, dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir.