Azərbaycanda sığorta hadisələrinin peykdən izlənməsinə başlanacaq.
ELƏCƏ DƏ BAX: Şirkətlərin peyk xidmətlərindən istifadədə problemləri – AÇIQLANDI
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün DÖVLƏT PROQRAMInda nəzərdə tutulub.
Proqrama əsasən, sığorta məqsədləri üçün əkin sahələrinin vəziyyətinin ilkin qiymətləndirilməsi və sığorta hadisələri zamanı dəymiş zərərin müəyyənləşdirilməsində peyk təsvirlərindən istifadə ediləcək. Bu sistemin qurulması işlərinə artıq 2019-cu ildən başlanacaq və 2022-ci ildə tamamlanacaq. HƏmin işlərin aparılması Kənd Təsərrüfatı Nazirliyinə həvalə ediləcək.
Azərbaycanda sığorta hadisələri - PEYKDƏN İZLƏNƏCƏK
21:07
15 Noy 2018