2025-ci ildə Azərbaycanda restrukturizasiya olunmuş kreditlərin ümumi məbləği təxminən 14 % və yaxud 154 milyon manat azalaraq 950 milyon manata düşüb.
10 min kredit götürmək üçün hansı bank daha sərfəlidir? – FAİZLƏR, ÖDƏYƏCƏYİN MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, azalma əsasən biznes portfeli (290 milyon manat) üzrə olub. İstehlak portfeli üzrə isə restrukturizasiya edilmiş kreditlərdə artım (135 milyon manat) müşahidə edilsə də, ipoteka portfeli üzrə restrukturizasiya edilmiş kreditlərdə ciddi dəyişiklik baş verməyib.













