Azərbaycanda banklarının kredit portfelində istehlak kreditləri xüsusi yer tutur.
İstehlak kreditləri bankların ən sərt rəqabət apardığı sahədir, kredit cəlbedici etmək üçün maliyyə təşkilatları müxtəlif şərtlərdən istifadə edirlər. Kreditin sərfəli olub-olmadığını qiymətləndirərkən əsas məqamlardan biri kredit faizinin dərəcəsidir.
FED.az biznes və maliyyə xəbələri portalı bu dəfə bankların istehlak kreditlərinin şərtlərini və konkret məbləğ üzərindən kredit ödənişlərini araşdırıb. Araşdırma bankların rəsmi internet səhifələrində olan “Kredit kalkulyatoru” əsasında aparılıb. Araşdırma zamanı bankların 12 aylıq müddətə ayrılan 10 min AZN kredit üçün minimum aylıq faiz dərəcələri, aylıq ödəniş məbləğləri və yekun ödəniləcək məbləğ yer alıb.
Belə ki, 12 aylıq müddət üçün 10 min manat krediti ən sərfəli şərtlərlə “Yelo Bank” ASC təqdim edir. Bankda illik minimum faiz dərəcəsi 8,9%-dən başlayır. Bu da, o deməkdir ki, bankdan götürülən 10 min manat vəsait üçün ayda 874 manat ödəniləcək. Kreditin sonuna qədər ödənilən məbləğ 10 min 488 manat olacaq. Yəni bu şərtlərlə 10 min manat kredit ayrılan şəxs banka kreditin məbləğindən 488 manat artıq vəsait ödəyəcək.
Digər sərfəli kredit təşkil edən banklardan biri də “Unibank”dır. Bank illik 9% faiz dərəcəsi ilə kredit təklif edir ki, 10 min manat vəsait üçün aylıq 874,5 manat ödəniş tələb olunur. Kredit ödənişlərinin yekununda isə vətəndaşlar cəmi 10 min 494 manat vəsait ödəmiş olur.
FED.AZ bankların istehlak kreditləri üzrə faiz dərəcəsini və aylıq ödəniş məbləğlərini təqdim edir:
|
Bankların 10 min manat kredit məbləğinə görə |
||||
|
Banklar |
Faiz dərəcəsi |
Aylıq ödəniş |
Yekun ödəniş |
|
|
ABB |
10,90% |
883,35 |
10 600 |
|
|
Accesbank |
Minimum faiz dərəcəsi - Kreditin illik faiz dərəcəsi iş yeri və stajı, kredit tarixçəsi, bankın daxili prosedurları və digər göstəricilərə əsasən dəyişə bilər. |
903 |
10 836 |
|
|
AFB Bank |
10% |
879,16 |
10 550 |
|
|
Bank Avrasiya |
13% |
893 |
10 718 |
|
|
Bank of Baku |
Minimum faiz dərəcəsi |
878,69 |
10 544 |
|
|
Bank BTB |
18% |
916,8 |
11 002 |
|
|
Bank Respublika |
14,8 |
901,64 |
10 820 |
|
|
Bank VTB |
Minimum faiz dərəcəsi |
878 |
10 536 |
|
|
Expressbank |
9,90% |
878,69 |
10 544 |
|
|
Bank Melli İran |
12% |
888,49 |
10 662 |
|
|
Yelo Bank |
8,90% |
874 |
10 488 |
|
|
Rabitəbank |
10,50% |
881,49 |
10 578 |
|
|
Turanbank |
9,90% |
878,69 |
10 544 |
|
|
Unibank |
9,00% |
874,51 |
10 494 |
|
|
Xalq Bank |
18% |
916,8 |
11 002 |
|
|
Yapı Kredi Bank |
16% |
907,3 |
10 888 |
|
|
Ziraat Bank |
14,41% |
899,8 |
10 798 |
|














