Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Rəşad Orucov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.
"Hazırda əhatə etdiyimiz startapların 30-35 faizi fintex sahəsindədir"
AMB-dən FED.az-a bildirilib ki, görüş zamanı rəqəmsal ödəniş sahəsində təhlükəsizliyin və inklüzivliyin təmin olunması, çağırışların effektiv şəkildə aradan qaldırılması, eləcə də infrastrukturun daha da təkmilləşdirilməsi kimi mühüm məsələlər müzakirə olunub.
Həmçinin fintex ekosisteminin inkişafı ilə rəqəmsal ödəniş sistemlərinin genişləndirilməsini şərtləndirəcək strateji təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.