Cari ilin avqust ayında Azərbaycanda dövriyyədə olan nağd pullar 15 972,2 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 2 457,2 milyon manat və ya 18,2% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 13 515 milyon manat olub.
Aylıq müqayisədə isə 113,3 milyon manat, 0,7%-lik azalma qeydə alınıb.
İyul ayında dövriyyədə olan nağd pullar 16 085,5 milyon manat təşkil edib.