Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkətinin 2022-ci il üçün səhmdarlarına hər bir adi səhmi üçün 8 sent həcmində dividend ödəyəcək.
Azərbaycanda qızıl hasilatçısı "Anglo-Asian Mining"in xalis mənfəəti - 40%-DƏN ÇOX AZALIB
FED.az xəbər verir ki, bu barədə şirkətin 2022-ci ildə fəaliyyətinə dair hazırladığı hesabata istinadən xəbər verir.
“Anglo Asian Mining plc” hər bir adi səhm üçün ödənişi iyulun 27-də həyata keçirəcək.
Qeyd olunur ki, dividend ödənişi 2021-ci maliyyə ili üçün təsdiq olunmuş göstərici ilə eynidir.
2022-ci il üzrə şirkət səhmdarlarına ümumi olaraq 8,6 milyon ABŞ dolları məbləğində dividend ödəyəcək.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.