Azərbaycan Qiymətiləndiricilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə iyulun 20-dən etibarən ölkədə qiymətləndiricilər üçün təlimlərə start verilib.
Eləcə də bax: Qiymətləndiricilər Cəmiyyətinin rəsmiləri QHT Agentliyi ilə görüşüb - FOTOLAR
FED.az xəbər verir ki, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə 20 iyul -04 avqust tarixlərində «Demirchi Tower»də (Dəmirçi Plaza) keçirilən kurslar AQC-nin sədri, “Vecon Consalting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc, UNEC müəllimləri, dosentlər: İbrahim Quliyev və Qəhrəman Bayramov tərəfindən keçirilir.
Maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 31 iştirakçının qatıldığı təlimlərin yekununda sertifikatlar təmin ediləcək.
Təlimin mövzuları daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyası və standartlarını əhatə edir. Mövzular aşağıdakılardır:
I. Daşınmaz əmlakın qiymətləndirilməsinin elmi-nəzəri əsasları və prinsipləri-Daşınmaz əmlak bazarı, onun formalaşması amilləri, funksiyaları və inkişaf meylləri
II. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin qiymətləndirilməsi
III. Sənaye, tikinti və infrastruktur layihələrin reallaşdırılması məqsədilə istifadə edilən torpaq sahələrinin qiymətləndirilməsi
IV. Faydalı qazıntıları olan torpaq sahələrinin qiymətləndirilməsi
V. Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinə xərc yanaşması
VI. Daşınmaz əmlak obyektlərinin məcmu köhnəlməsinin qiymətləndirilməsi
VII. Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinə müqayisə yanaşması
VIII. Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinə gəlir yanaşması
IX. Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinin ümumi metodologiyası
X. Qiymətləndirmənin nəticələrinin razılaşdırılması və hesabatın tərtibi
XI. Birbaşa və çarpaz sualların, testlərin cavablandırılması və praktiki məsələlərin həlli