Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 14 milyard 530,5 milyon manat təşkil edib ki, bu da proqnozdan 1,6 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,7 % çoxdur.
Bu ilin 9 ayında dövlət büdcəsinin profisiti 2.5 milyard manatı keçdi
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 52,4 % təşkil edib.
Sektor üzrə daxilolmaların 57,9 %-ni və yaxud 8 milyard 409,7 milyon manatını vergi daxilolmaları, 33,9 %-ni və yaxud 4 milyard 931,2 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9 %-ni və yaxud 419,7 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları, 1,7 %-ni və yaxud 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən daxilolmalar, 3,4 %-ni və yaxud 491,6 milyon manatını sair daxilolmalar, 0,2 %-ni və yaxud 28,3 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.