Cari ilin avqust ayında Azərbaycanda pul bazası 18 116,9 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 1 912 milyon manat və ya 11,8% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 16 204,8 milyon manat olub.
Aylıq müqayisədə isə 145,7 milyon manat, 0,8%-lik azalma qeydə alınıb.
İyul ayında pul bazasının həcmi 18 204,8 milyon manat təşkil edib.